Zvornik (bosn. Zvornik, serb. Зворник / Zvornik, xorv. Zvornik) — Bosniya və Herseqovinanda yerləşən şəhər. Ölkənin şimal-şərqində, Serbiya ilə sərhəd yaxınlığındadır. Drina çayı üzərində yerləşir. Serb Respublikasına daxil olan Zvornik icmasının inzibati mərkəzidir.

Zvornik
Zvornik
Зворник / Zvornik
Zvornik
Bayraq Gerb
Bayraq Gerb
44°23′ şm. e. 19°06′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1412
Sahəsi
  • 376,14 km²
Mərkəzin hündürlüyü 146 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 63.686 nəf. (2013)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +387 56
Poçt indeksi 74500
Digər
opstina-zvornik.org
Xəritəni göstər/gizlə
Zvornik xəritədə
Zvornik
Zvornik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Köhnə adı (1519-cu ilə qədər) Zvonik (Zvonnik) olmuşdur. Bu ad zvono, zvoniti - "zəng çalır" (ehtimal ki, Zvonigrad ilə eyni mənşəlidir)[2] kəlməsindən törəmişdir. Keçmişdə də həmçinin İzvornik adıda istifadə olunmuşdur.[3]

İqtisadiyyat və nəqliyyat

redaktə

Zvornik və ətraf ərazilərində qida və ayaqqabı sənayesi, ağac və metal emalı, alüminium emalı müəssisələri mövcuddur. Şəhərin yaxınlığında 1955-ci ildə tikilmiş Zvornikskaya Su Elektrik Stansiyası vardır.[4] Bosniya və Herseqovinanı Avropa və Rusiyanın qaz ötürmə sistemi ilə birləşdirən bir qaz kəməri Zvornikdən keçir. 2012-ci ildə Zvornik icmasını dörd minə yaxın turist ziyarət etmiş, təxminən 6 min nəfər isə şəhərdə gecələmişdir.[5]

Şəhərin içərisində Köhnə Körpü vardır. Bu körpü Zvorniki Serbiyanın Mali Zvornik şəhəri birləşdirir. üstəlik həm də sərhəd rolu oynyır. M19 şossesi Zvorniki Sarayevo ilə birləşdirir. Bosniya və Serbiyanın şimal bölgələri ilə avtomobil əlaqəsi şimal şəhər ətrafı Karakay qəsəbəsi vasitəsilə həyata keçirilir.

Karakayda Tuzla və Serbiya dəmir yolları ilə əlaqəli Zvornik dəmir yolu stansiyası vardır. Ən yaxın beynəlxalq hava limanı 47 km məsafədə yerləşən Tuzladır. Sarayevo Beynəlxalq Hava Limanı isə 140 km məsafədədir.

2013-cü il siyahıya alınmasına əsasən şəhərdə 12 674 nəfər, icmada isə 63 686 nəfər[6] yaşayırdı.

Əhali 1971[7] 1981[8] 1991[9]
Ümumi 8 538 (100 %) 12 147 (100 %) 14 584 (100 %)
Boşnaklar 5736 (67,18 %) 6686 (55,04 %) 8854 (60,71 %)
Serblər 2424 (28,39 %) 3491 (28,74 %) 4235 (29,04 %)

Mədəniyyət və idman

redaktə

Zvornikdə hər il avqustun 2-dən 8-dək "Zvornik Yayı" mədəni tədbiri keçirilir. Əsas tədbirlər şəhər çimərliyində baş tutur.

Şəhərdə Serb Respublikası futbol üçün Birinci Liqasında oynayan Drina futbol klubu vardır. Üstəlik "Drina" basketbol klubuna da sahibdir.

İstinadlar

redaktə
  1. https://web.archive.org/web/20181123135507/http://www.bhas.ba/obavjestenja/Preliminarni_rezultati_bos.pdf.
  2. "Zvornik". // mirjanadetelic.com. 2016-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-1-20.
  3. "Зворник, Изворник: Брокгауз и Евфрон, энциклопедический словарь". // slovar.cc. 2019-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-1-21.
  4. "Zvornik". // enciklopedija.hr. 2016-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-1-21.
  5. "Investirajte u Zvornik" (PDF). // investsrpska.net. 2016-01-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-1-21.
  6. "Попис становништва, домаћинстава и станова у Босни и Херцеговини 2013 на територији Републике Српске — Прелиминарни резултати, Републички завод за статистику, Бања Лука, 2013" (PDF). 2014-01-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
  7. "Nacionalni sastav stanovništva SFR Jugoslavije 1971" (PDF). // pod2.stat.gov.rs. 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-1-21.
  8. "Nacionalni sastav stanovništva SFR Jugoslavije 1981" (PDF). // pod2.stat.gov.rs. 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-1-21.
  9. "Nacionalni sastav stanovništva SFR Jugoslavije 1991" (PDF). // fzs.ba. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-1-21.
  NODES
os 11
web 2