Adolf Hitler
Üçüncü Reyxin diktatoru (1889-1945)
Adolf Hitler (20 aprel 1889, Braunau am İnn, Avstriya-Macarıstan – 30 aprel 1945, Berlin, Almaniya) — nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (führer). Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında beşinci sıraya daxil edilib.
Adolf Hitler | |||
Doğum tarixi | 20 aprel 1889 | ||
Doğum yeri | Braunau-am-İnn | ||
Vəfat tarixi | 30 aprel 1945 | ||
Vəfat yeri | Fürerbunker | ||
Dəfn yeri | naməlum dəyər | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağlın bitdiyi və susduğu yerdə son qərar şiddətindir.
B
redaktə- Bank və zavodları milliləşdirmək nəyimizə lazımdır ki? Biz insanları milliləşdirəcəyik.
- Bu səhv dinə məxsus olmağımız bizim bədbəxtçiliyimizdir. Niyə biz dindar adam üçün ən müqəddəs şeyin vətən uğrunda şəhid olmağın sayıldığı yapon dininə sahib deyilik? Müsəlman dini də insana səbirli olmağı məsləhət görən bu xaçpərəstlikdən daha münasib olardı. [1]
D
redaktə- Dünyanın istilası haqqında danışanda, torpağın 1/6 hissəsini unutmamalıyıq. (SSRİ haqqında)
- Düşüncə azadlığı bütün pisliklərin anasıdır.
Ə
redaktə- Əgər bir millət azad olacaqsa: qürura, iradə gücünə, meydan oxumağa, nifrətə, nifrətə və yenə də nifrətə ehtiyac duyacaq.
- Əgər döyüş itirilmişdirsə bu mənim vecimə belə deyil. İnsanlar pərişan olursa olsunlar. Bir tək gözyaşı belə tökmərəm onlar üçün. Onlar heç bir şeyə layiq ola bilmədilər.
G
redaktə- Gələcək bizə məxsusdur.
H
redaktə- Heç kimi sevməmək səni məğlubedilməz edən böyük bir vergidir, heç kimi sevməməklə sən ən qorxulu ağrıdan azad olursan.
- Hər kəs qələbənin öhdəsindən gələ bilər. Məğlubiyyətə ancaq güclülər dözə bilər.
X
redaktə- Xalqın özünə başçı seçə biləcəyi bir respublikanı götürsək pul, reklam və buna bənzər vasitələrlə dövlətin başında təlxəyi də oturtmaq olar.
- Xristianlıq olmasaydı, kim bilir Avropanın tarixi necə olardı. Roma bütün Avropanı fəth edəcək və onun legionları hunların hücumunu dəf edəcəkdi. Romanı məhv edən almanları və hunları yox, xristianlıq idi.
İ
redaktəQ
redaktə- Qalibdən heç kəs soruşmur ki, o doğru danışırdı, yoxsa yalan.
- Qalibləri sorğu-sual eləmirlər.
- Qazansan açıqlamaya ehtiyac yoxdur... Məğlub olsan açıqlama üçün orada olmamalısan.
- Qərar sahibi silahlar deyil, onların arxasındakı insanlardır.
- Qüvvətli, tək qalınca daha qüvvətlidir.
M
redaktə- Mən xristianlığı rədd edirəm, çünki o iudaizmin törəməsidir, çünki o beynəlmiləldir və Yer üzündə sülhü təbliğ edir.
- Mən sizi vicdan adlanan xülyadan azad edirəm.
- Mənim üçün iki imkan var: ya planlarımın tam həyata keçirilməsinə nail olmaq və ya uğursuzluq. Müvəffəqiyyət qazansam, tarixin ən böyüklərindən biri olacağam. Uğursuz olsam, qınanacaq, rədd ediləcək və lənətlənəcəyəm.
N
redaktə- Nə qədər ki, mən partiyaya rəhbərlik edirəm o, nəcabətsiz ədəbiyyatçılar və qeyri-ciddi bolşeviklər üçün diskussiya klubu olmayacaq.
- Nə təxəyyül, təsəvvür, nə də istedad olmayan yerdə internasionalist olmaqdan başqa çarə qalmır.
O
redaktə- Otu yaşıl, səmanı mavi çəkən hər bir rəssamı sterilizasiya eləmək lazımdır.
R
redaktə- Rəhbərin sənəti - verdiyi sözlə işi arasında dəqiqlik; Rəhbərin qisməti - sadəlik; Rəhbərin istedadı - millətinin böyüklüyünü subut etmək.
S
redaktə- Səmanı yaşıl, otları isə mavi rəngdə təsvir edən rəssam sterilizasiya olunmalıdır.
- Siyasi quruluşlar bir-birləri ilə qarşılıqlı mənfəətlərindən ötəri saxta razılaşarlar. Mənim fəlsəfi doktrinam dünyanı təkrar xoşbəxt bir şəkildə yaşadacaq gücə malikdir. Belə bir idealda əlbəttə ki, keçici razılaşmalara yer yoxdur.
Ş
redaktə- Şərəf və namusdan məhrum millətlər gec-tez azadlıq və müstəqilliklərini itirərlər.
V
redaktə- Vicdan – yəhudilərin uydurmasıdır. Sünnətə bənzər bir şeydir.
Y
redaktə- Yalan böyük olduqca onu demək asanlaşır.
- Yalan nə qədər möhtəşəmdirsə, ona inanmaq da bir o qədər asan olur.
- Yaşamaq istəyən mübarizə aparmağa məcburdur, kim əbədi mübarizə olan bu dünyada müqavimət göstərmək istəmirsə o, yaşamaq haqqına malik deyil.
Z
redaktə- Zəifə acımaq təbiətə xəyanətdir
Hitler haqqında sitatlar
redaktə- Ah alman xalqı, sən öz rəhbərinin qələbəsindən daha çox qorxmalısan, nəinki məğlubiyyətindən. Tomas Mann
- Əgər Hitler cəhənnəmə getsə, mən şeytanın şərəfinə mədhiyyə oxuyaram. Uinston Çörçill
- Hitler beyninə qəhrəmanlıqla uduzmaq üçün müharibə törətmək ideyasını soxmuş bənzəri olmayan mazoxistdir. Salvador Dali
- Mən Hitlerin öldüyünə inana bilməzdim, hətta onun özündən eşitsəydim belə. Xelmar Şaxt (Hitlerin silahdaşlarından biri)
İstinadlar
redaktə- ↑ Jelyu Jelev. Faşizm. Bakı, 2005