A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azadlığın çox olmasını görən insanlar pul, hakimiyyət ardınca qaçmağa başlayıblar, tamahkar və laqeyd olublar. Hər şeyin günahkarı kapitalizmdir...[1] Cabir İmanov
  • Bir vaxtlar hakimiyyətdən sərxoş olanlar və ondan hər cür nemət əldə edənlər, hətta bir il də olsa, onu heç vaxt öz istəyi ilə tərk edə bilməzlər. Onlar bütün güclərinin ortasında sıxıntı içində ola bilərlər; lakin onlar heç vaxt rahatlıq üçün gücdən başqa bir şeyə baxmazlar. Edmund Berk Bork
  • Böyük hakimiyyətə sahib olan şəxs ondan ehtiyatla istifadə etməlidir. Seneka
  • Demokratiya - müddətsiz hakimiyyət deməkdir. Müəmmər əl-Qəzzafi
  • Dəliyə qılınc, vicdansıza hakimiyyət verməkdən qorxulu nə ola bilər. Pifaqor
  • ...Dövlətə xidmət üçün Perikli ən çox ləyaqətlililərdən hesab edirdilər. Sülh dövründə şəhərə başçılıq edən Perikl o həmişə sülh və ədalət içində qərarlar verir, onun təhlükəsizliyini mökəmləndiridi və onun vaxtında şəhər öz qüdrətinin zirvəsinə qalxdı. Müharibə başlayan zaman aydın oldu ki, o, həmçinin müharibəyə də düzgün qymət vermiş və onu anlamışdı… Onun ölümündən sonra afinalılar əmin oldu ki, onun müharibənin gedişinə dair verdiyi hesablama və müdrikliyi necə də düz imiş... Perikl, öz müdrik ağlı və şübhə doğurmayan satılmazlığı ilə həmşəhərliləri tərəfindən yüksək hörmətə layiq bir insan kimi, insanların azadlıqlarını məhdudlaşdırmadan idarə edir və xalq kütlələrinin ehtirasına tabe omur, əksinə onları idarə edirdi. Hakimiyyətə ləyaqətsiz üsullarla can atmırdı, bununla da vətəndaşlarına yaltaqlanmır, əksinə öz nüfuzuna söykənərəq onlara qəti etiraz da edə bilirdi. O, afinalıların zamansız və həddindən artıq cəsarətli planlar quduğunu görəndə onda, onlara öz nitqləri ilə ehtiyatlılığa çağırırdı, onlar ümidsizliyə qapılanda da cəsarətə gətirə bilirdi. Ada görə bu xalqın, əslində isə birinci vətəndaşın hakimiyyəti idi. Periklin xələfləri içərisindən heç biri digərlərinə nisbətən dövlət xadimi kimi seçilmirdi, amma hamısı birinci olmaq istəyirdi və buna görə də xalqa yaltaqlanaraq hətta dövlət maraqlarını da qurban verməyə hazır idi. Fukidid
  • Dünyada üç şey təhlükəlidir: bıçaq uşaq əlində, hakimiyyət axmaq əlində və tərif yaltaq dilində. Monqol atalar sözləri
  • Ən böyük hakimiyyət özünə hakim olmaqdır. Seneka
  • Hakimiyyət sevgisi insanların iblisidir. Onlara sağlamlıq, qida, ev, təhsil, bir sözlə, hər şey verin, onlar xoşbəxt olmayacaqlar. Çünki, iblis gözləyir, gözləyir və məmnunluq istəyir. Onlardan hər şeyi alıb iblislərini məmnun etsəniz, onlar xoşbəxt olacaqlar. Fridrix Nitsşe
  • Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax
  • Hansı hakimiyyət güclüdür? - sualına Pittak qanunlarla yazılan hakimiyyət – cavabını vermişdir. Pittak
  • Hökmdar 3 şeyi yadında saxlamalıdır: birincisi - o, insanları idarə edir, ikincisi - qanunlar ona Allah tərəfindən verilib, üçüncüsü - hakimiyyət əbədi deyil. Aqafon
  • Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir. Platon
  • İqtidar iqtidara düşkün olmayan və iqtidardan gələcək faydalara ehtiyacı olmayanlara verilməlidir. Platon
  • Kişi həmişə uşaqdı, hətta böyüsə belə əlində hakimiyyət tutmuş uşaqdı. Jorj Sand
  • Mənim üçün ən böyük təhlükə onda idi ki, mən əlimdə olan bütün hakimiyyət və nüfuza görə qazandığım çoxlu pullara borclu olduğumu etiraf etməli idim. Corc Soros
  • Sən yalnız itaət etməyi öyrəndikdən sonra hakimiyyəti ələ ala bilərsən. [2] Solon
  • Sovet xalqı ilə alman xalqı arasında münasibətlərin islahatı Almaniyanın sovet zonasının hakimiyyət orqanlarının apardığı xətt üzrə mümkün deyil. Həmin zonadakı almanlar onları bu qədər qeyri-insani şəkildə pozanlara nifrət və xor baxmağa başladılar. Və bu sistemi dəstəkləyənlərə qarşı da oxşar hisslər olmalıdır. Sərhədin bağlanması misli görünməmiş iflasın etirafıdır. Almaniyanın o hissəsində yaşamaq məcburiyyətində qalan insanların fəhlə və fermerlər cənnətini tərk etmələrinin qarşısını ancaq fiziki güc tətbiq etməklə almaq olar. Sovet və alman xalqları arasında münasibətləri yeni təməl üzərində qurmağın yalnız bir imkanı var: alman xalqına öz iradəsini azad və təsirsiz şəkildə ifadə etmək yolu ilə formalaşdırmaq hüququ geri qaytarılmalı, yer üzündə heç bir xalqa verilməməlidir. Konrad Adenauer

İstinadlar

redaktə
  1. Cabir İmanov: Mən ədalətə inanıram
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
  NODES