A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Abolisionistlər kilsəyə münasibətdə haqlı idilər. Köləlik və Kilsə yan-yana idi: Kilsə köləliklə barışırdı: kişilər kilsə tikmək üçün, qadınlar missionerlərə pul ödəmək üçün, uşaqlar isə İncil almaq üçün satılırdı. Biz buna qarşı çıxmaqda haqlı idik. Frederik Duqlas
  • Ağıl çox — pul yox, ağıl yox — pul çox. Azərbaycan atalar sözləri
  • Ağıl dünyanı yerindən oynada biləcək ling, pul isə onun dayaq nöqtəsidir. Onore de Balzak
  • Ağlatsam alacağim pul üzümü güldürər güldürsəm pul alacağim zaman gəldimi mən ağlaram. Platon
  • Axmaq ilə pul uzun zaman bir yerdə dayana bilməz. Bernard Şou
  • Az bilgisi olub çox danışan kəs, çox pulu olmayıb, lakin çox xərcləyən birinə bənzər. Napoleon Bonapart
  • Bələdçisi pul olana hər qapı açıqdır. — Uilyam Şekspir
  • Boş zamanın hər saniyəsindən yararlanmağa çalış; itirilmiş zamanı pul gücünə belə qaytara bilməzsən. Bencamin Franklin
  • Cibində pul var ikən sadəcə sən kim olduğunu unudarsan, ancaq cibində pul yoxdursa bütün dünya sənin kim olduğunu unudar. Budur həyat. Bill Geyts
  • Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır. Nikola Şamfor
  • Çox pul haramsız, çox söz yalansız olmaz. Yunus Əmrə
  • Çox pul qazanmaq — igidlik; onu saxlamaq — müdriklik; məharətlə xərcləmək isə — incəsənətdir. Bertold Averbax
  • Çox pulu olan kasıb bir insan kimi yaşamaq istəyərdim. Pablo Pikasso
  • Dünyanın ən yoxsul insanı puldan başqa heç nəyi olmayandır. (Artur Şopenhauer)
  • Etiraf etmək lazımdır ki, bütün dünya ixtişaşlarının, bəşəriyyəti məhv edən dünya müharibələrinin və planetimizdə geniş yayılmış səfalətlərin səbəbi, əsasən, əsrlər boyu kütlələri istismar edən, öz eqoist məqsədləri üçün bəşəriyyətin əməyindən istifadə edən, maddi məqsədlər güdən eqoist qrupa aid edilə bilər. Bu kapitalistlər qrupu dünya resurslarını və sivil yaşayış üçün tələb olunan əsas elementləri küncə sıxıb istismar etmişlər; bir-birinə bağlı idarələri vasitəsilə dünya sərvətlərinə sahib olduqları və onlara nəzarət etdikləri və öz əllərində saxladıqları üçün bunu edə bildilər. Onlar çox zəngin və çox kasıb arasında mövcud olan böyük fərqləri mümkün etdi; onlar pulu və pulun verdiyi gücü sevirlər; onlar hökumətlərin və siyasətçilərin arxasında dayanıblar; onlar seçicilərə nəzarət ediblər; eqoist siyasətin dar millətçi məqsədlərini mümkün etdilər; onlar dünya bizneslərini maliyyələşdirdilər və neft, kömür, enerji, işıq və nəqliyyata nəzarət etdilər; onlar aşkar və ya gizli şəkildə dünya bank hesablarına nəzarət edirlər. Bu gün dünyanın hər bir ölkəsində rast gəlinən geniş yayılmış bədbəxtliyin məsuliyyəti əsasən bir-biri ilə əlaqəli olan, korporativ və ya şəxsi mənfəət üçün işləyən iş adamlarının, bankirlərin, beynəlxalq kartellərin, monopoliyaların, trestlərin və təşkilatların rəhbərlərinin, nəhəng korporasiyaların direktorlarının qapısındadır. Alisa Beyli
  • Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir.[1] Cek Ma
  • Əldəki pul azadlığın alətidir. Lakin arxasınca qovulan pul, tam tərsinə köləlik alətidir. Jan Jak Russo
  • Əsas məsələ pul qazanmaqda deyil, onu xərcləməkdədir. Bencamin Franklin
  • Fotoşəkilimin pulun üstünə qoyulmasına sevinmişdim. Amma bircə onu arxa ciblərinə qoymayalar. Bencamin Franklin
 
Günün bütün saatlarını pul xatirinə pul qazanmağa həsr edən adamdan daha alçaq və acınacaqlı bir şey bilmirəm. Con Rokfeller
  • Günün bütün saatlarını pul xatirinə pul qazanmağa həsr edən adamdan daha alçaq və acınacaqlı bir şey bilmirəm. Con Rokfeller
  • Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pulla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadan ayırmaz, həqiqəti təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir. Nəriman Nərimanov
  • Hər kəsə aydındır ki, pul ilə ayaqqabı almaq olar, xoşbəxtlik yox, pul ilə qida almaq olar, iştah yox, pul ilə yataq almaq olar, yuxu yox, pul ilə dərman almaq olar, sağlamlıq yox, pul ilə xidmətçi tapmaq olar, dost yox, pul ilə əyləncə yaratmaq olar, sevinc yox, pul ilə müəllim tapmaq olar, ağıl yox. Sokrat
  • Xaos məni heyran edir. Əslində mən pulları belə qazanıram: maliyyə bazarlarında baş verən inqilabi tərəqqini dərk etməyə, başa düşməyə çalışıram. Corc Soros
  • Xəyanət heç zaman gizli qala bilməz, çünki о, bir qəlp puldur, tanımayanların arasında xərclənir. Məhəmməd Tağı Sidqi
  •  
    İnsanın sahib olduğu pul azadlığın alətidir; həvəslə izlədiyimiz şey köləliyin alətidir. Jan Jak Russo
  • İnsan ancaq xəyalları ilə yaşar və bir az yaşamağa başladıqca hamısını itirər. Volter
  • İnsanın sahib olduğu pul azadlığın alətidir; həvəslə izlədiyimiz şey köləliyin alətidir. Jan Jak Russo
  • İnsanoğlunun heç bir icadı pul qədər fəsad verici deyil. — Sofokl
  • İstənilən şərin kökündə pul çatışmazlığı dayanır. Corc Bernard Şou
  • Kapitalistin əsas məqsədi çox pul qazanmaq deyil, əsas məqsəd həyatı yaxşılaşdırmaqdır. Henri Ford
  • Kefinlə məsləhətləşməmişdən əvvəl öz pul kisənlə məsləhətləş. Bencamin Franklin
  • Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir. Onore de Balzak
  • Məlumat pula bənzər, qazandıqca ehtirasa çevrilər, ancaq bu yaxşı bir ehtirasdır. Corc Bernard Şou
  • Mən ona görə diqqətimi karyera və pula cəmlədim ki, bizim cəmiyyət pulun əhəmiyyətinin həddindən artıq şişirdilməsinə meyillidir. Onlar dəyərləri pulla ölçməyə adət ediblər. Corc Soros
  • Mən pulu ənənəvi yoldan qazandım: çox varlı qohumum ölmədən öncə onunla yaxşı rəftar etdim. Malkolm Forbs
  • Mənim üçün ən böyük təhlükə onda idi ki, mən əlimdə olan bütün hakimiyyət və nüfuza görə qazandığım çoxlu pullara borclu olduğumu etiraf etməli idim. Corc Soros
  • Müdrik insan pulu qəlbində yox, beyninin içində saxlamalıdır. Conatan Svift
  • Müharibəni udmaq üçün üç şey lazımdır:Birinci pul, ikinci pul, üçüncü pul. Napoleon Bonapart
  • Müştərilərimin etibarını itirməkdənsə, pul itirməyi üstün tuturam. Robert Boş
  • Sağlam və pullu olmaq, xəstə və kasıb olmaqdan daha yaxşıdır. Rus atalar sözləri
  • Sevgidən daha artıq yalnız pul insanı həyəcanlandırır. Bencamin Dizraeli
  • Sənin haqlı və ya haqsız olmağın qətiyyən vacib deyil. Vacib olan sənin haqlı olanda nə qədər pul qazanmağın və səhvə yol verəndə nə qədər pul itirməyindir. Corc Soros
  • Siz beyninizi böyük xəyallarla doldurun. Beyniniz sonra cibinizi pul ilə dolduracaqdır.[3] Bencamin Franklin
  • Sülh belə, böyük pulla alınır. Bencamin Franklin
  • Yaşamağı bir döyüş olmaqdan qurtarmaq istəyən həyatla barışmasını təmin edəcək qədər pul sahibi olmalıdır. — Bernard Şou

İstinadlar

redaktə
 
Wikipedia logo
Pul haqqında Vikipediyada məqalə var.
  1. Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı — Alibaba. publika.az, 13.09.2014  (azərb.)
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.481
  3. Ə. Əliyev. Müvəffəqiyyətə gedən yol. Bakı, 2006. səh.30
  NODES
Idea 2
idea 2