A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
  • Bədii cərəyanlar mağaza vitrinlərini öz silahı kimi işlədəndə qalib gəlirlər. Pablo Pikasso
  • Bir pivəniz və hava yolu şirkətiniz yoxdursa gerçək bir ölkə ola bilməzsiniz. Bir futbol komandasi ya da nüvə silahı da köməkçi olar, amma heç olmasa bir pivəniz olmalıdır. Frenk Zappa
  • Biz bir neçə səbəbdən nüvə silahı istəmirik. Bu sılah insanlığa ziddir. Dini inancımıza görə də nüvə silahının əleyhinəyik. Dinimiz bunları haram buyurur və biz də dindar bir xalqıq[1] Mahmud Əhmədinejad
  • Bütün silahlı peyğəmbərlər qalib gəlmiş, silahsızlar isə məğlub olmuşlar. Nikkolo Makiavelli
  • Cəsarətin qəzəbin köməyinə ehtiyacı yoxdur. Çünki, onun özü hər cür müqavimətə qarşı öyrədilib, hazırlanıb və silahlanıb. Başqa cür desək, cəsarətə sərxoşluq da, ağılsızlıq da faydalıdır. Çünki, sərxoşlar da, ağılsızlar da gücləri ilə fərqlənirlər. Mark Tulli Siseron
  • Doldurulmamış silahdan da iyirmi adam qorxar. Monqol atalar sözləri
  • Döyüşdə silah lazım olduğu kimi, həyatda da elm lazımdır. Jan Jak Russo
  • Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah təhsildir. Nelson Mandela
  • Ədalətin hökm sürdüyü yerdə silahın yeri yoxdur. (Amyot)
  • Həyatda ən çox güvəndiyim şəxs müəllimdir. Çünki onun silahı kitabdır və bu silahla istənilən düşməni çökdürmək mümkündür. Ogüst Kont
  • İnancın yerə düşsə, silahın da yerə düşər. Alber Kamyu
  • Qadının gözəlliyi uşaq əlindəki silah kimidir-həm onun özü, həm də ətrafdakılar üçün təhlükədir. Ərəb atalar sözləri
  • Qadınların ən güclü silahı zəiflikdir. İvan Bunin
  • Qələmini bir silah kimi deyil, bir qaşıq kimi tut, yoxsa aç qalarsan. Deyirdi bir kitabında. Arif Nihat Asya
  • Qərar sahibi silahlar deyil, onların arxasındakı insanlardır. Adolf Hitler
  • Savaşda qanunlar susar, silahlar danışar. Siseron
  • Silahın etdiyi tək şey, bir partlayışı müəyyən bir istiqamətə yönəltməkdir. Çak Palanik
  • Silahlar arasında muzalar susur. Latın atalar sözləri
  • Silahlar bizi güclü edəcək, kərə yağı isə yalnız kök. German Görinq
  • Silahlar təhlükəlidir. Kristofer Uoken
  • Silahları sevmirəm. Onları əlimə alanda onları ola biləcək ən qısa müddətdə buraxmaq istəyirəm. Kristofer Uoken
  • Tapança silah deyil, Marg. O bir alətdir. Bıçaq, nizə və timsah kimi... Homer Simpson
  • "Türklərdən bəhs edirəm... Düşməninə hücum edərkən amansız bir qasırğaya, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən Türk;dost yanında və silahsız düşmən qarşısında bir səhər yelidir, sakit bir göldür. Türkü incitdiyin zaman könül açan bu yel bir ildırıma, göz qamaşdıran bu göl coşqun bir dənizə çevirilir". Torkvato Tasso
  • "Türklərin ruhu yenidən parlayacaq və silah işlətmək üçün doğulan bu qəhrəman millətin tarixi keçmiş işığını tapacaqdır". Feldmarşal von Moltke
  • Üçüncü dünya müharibəsində hansı silahlar istifadə ediləcək bilmirəm, amma dördüncüsü daş və çubuq ilə ediləcək. Albert Eynşteyn
  • Yaxşı bir baxış silah qədər təsirlidir. Atəş xəttində (film)
  • Yaşadığınız cəmiyyətin məqsədi sizi məhv etməkdir. Siz cəmiyyətlə döyüşməyə hazırsınız. Onun silahı biganəliksə, siz biganə qala bilməzsiniz. Deməli, hücuma keçin! Mişel Uelbek

İstinadlar

redaktə
  NODES