Türk atalar sözləri
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Abdaldan paşa olmaz, taxtadan maşa olmaz.
- Ac gəzməkdən tox ölmək yaxşıdır.
- Ac nə yeməz? Tox nə deməz?
- Acı acını basırır, su sancını basırır.
- Acı — söylətmə, toxu — tərpətmə.
- Acıxmış qudurmuşdan betərdir.
- Acın üstünə doqquz yorğan atmışlar, yenə uyumamışdır.
- Adam iş başında bəlli olur.
- Adam yanıla-yanıla alim olur.
- Adamı "igid" deyib candan elərlər, "comərd" deyib — maldan.
- Adət qanun deyildir, amma qanun kimi hökmü var.
- Adı yalandan qəssab olanın evi it görməz.
- Axacaq qan damarda durmaz.
- Axan qan damarda dayanmaz.
- Axar su murdar olmaz.
- Ağac çox olan kənddə qəbir az olar.
- Ağac kökündən çürüyər.
- Ağaca baltanı vurublar, "sapı bədənimdədi" — deyib.
- Ağaca çıxan keçinin budağa baxan oğlağı olar.
- Ağacın qurdu özündə olur, igidin kəmi sözündə olur.
- Ağacın yumşağını qurd yeyər.
- Ağıl kişiyə sərmayədir.
- Ağıl olmayınca başda, nə quruda bitər, nə yaşda.
- Ağıllı — dostunu hər zaman xatırlar, axmaq isə işi düşəndə.
- Ağıllı — gördüyünü, ağılsız eşitdiyini söylər.
- Ağılsız baş əlindən səfil ayaq nələr çəkər.
- Ağılsız baş sahibinə qaz güddürər.
- Ağır qazan gec qaynar.
- Ağızdan burun yaxın, qardaşdan qarın yaxın.
- Ağladan gülməz, yalan ağlar.
- Ağlına gələni işləmə, hər ağacı daşlama.
- Al geyən alınır.
- Ala qarğada haqqım olsun, alammasam gözümü ousun.
- Alçaqda yatma — sel aparar, ucada yatma — yel aparar.
- Alçaqdan uçan ucaya qonar, ucadan uçan — alçağa.
- Alim olmaq istəyirsən — durma, yaz, cahil olmaq istəyirsən — durma, qaz.
- Alması olan ağacı daşlarlar.
- Altun — atəşdə, insan möhnətdə bəlli olur.
- Ana qızına taxt vermiş, ata qızına baxt vermiş.
- Ar getdi Misirə, namus da ardı sürə.
- Araba yoldan çıxanda devrilməsi asan olur.
- Araya girən, bəlaya girər.
- Arxa gərəkdir, arxa: ya utana, ya qorxa.
- Arif tərif istəməz.
- Artıq aş ya qarın ağrıdar, ya baş.
- Aslan — yatağında, igid — çağında.
- Asudə olum — deyirsən, gəlmə cahana.
- Aşiq sazla, məşuq nazla təsəlli verir.
- Aşiqə Bağdad iraq deyil.
- Aşiqlə dəlinin fərqi; biri gülməz, digəri ağlamaz.
- Aşını bişir, söylə; sözünü düşün, söylə.
- Aşını, eşini, işini bil.
- At — dırnaqdan, insan — qulaqdan.
- At minəndə vərəm olmaz.
- At minib ad ara.
- Ata dost kimi baxmalı, düşmən kimi minməli.
- Ata dostu oğula mirasdır.
- Atadan iznin, ağıldan cehizin olsun.
- Atalar sözü — sözlərin düzü.
- Atına baxan ardına baxmaz.
- Atəş alovla söndürülməz.
- Atın ürkəyi, oğlun qorxağı.
- Ayaqla gedən gələr, başla gedən gəlməz.
- Ayıb söyləyənin ayıbını söylərlər.
B
redaktə- Bağa bax üzüm olsun, yeməyə üzün olsun.
- Balı barmağı uzun yeməz, qismətlisi yeyər.
- Baş ağır, qulaq sağır gərək.
- Belimi sındır, ürəyimi sındırma.
- Bez alırsan — Mosuldan, qız alırsan — əsildən. (Mosul — şəhər adıdır.)
- Bəkməzi küpdən al, qadını kökdən al.
- Bəlli düşmən, gizli dostdan yaxşıdır.
- Bəslə quzğunu, oysun gözünü.
- Bilən söyləməz, söyləyən bilməz.
- Bir dost qırx ilə qazanılır.
- Bir əlin nəsi var?, iki əlin səsi var. (Nəsi — nəyi).
- Bir səndən böyüyü, bir də səndən kişiyi dinlə.
- Bir şeyin önünə baxma, sonuna bax, ikincidə — aldananındır.
- Birinci aldanışda günah aldadanın,
- Birinə qırx gün dəli desə, dəli olar.
- Biz ondan, yoğurt umarız, o bizdən ayran.
- Boranı başdan partlayar.
- Borclu ölməz, bənizi saralar.
- Böylə qəm, böylə kədər; Böylə gəlmiş, böylə gedər.
- Bülbülü qızıl qəfəsə salmışlar, "ah, vətən" demiş.
C
redaktə- Cahil özünün düşmənidir, başqasının necə dostu ola bilər?!.
- Cəsarət qəhrəmanlığın anasıdır.
- Cəsurun baxışı qorxaqın baxışından itidir.
Ç
redaktə- Çağır, Qaraca oğlan, çağır; Daş düşdüyü yerdə ağır. (Qaraca oğlan — XVII əsr məşhur Anadolu türk aşığı.)
- Çirkin bürünər, gözəl görünər.
- Çiy ət ət gətirər; Çiy çörək dərd gətirər.
D
redaktə- Dağ başı dumanlı, insan başı yamanlı.
- Darıxma darlığa, yetərsən varlığa.
- Dədə — Yediklərini ödə.
- Dəli dəlidən xoşlanar, molla ölüdən xoşlanar.
- Dəli dövran sürər, ağıllı fürsət gözlər.
- Dəmiri nəm çürüdər, insanı qəm çürüdər.
- Dərd var gələr keçər, dərd var dələr keçər.
- Dərvişin fikri nə isə, zikri də odur.
- Dəvəquşu yük daşımağa gəlincə "quşam", uçmağa gəlincə isə "dəvəyəm" deyər.
- Dəvəni toya çağırıblar: "Dabanım böyük oynamıram, dodağım böyük söyləmirəm, ya suları əskikdir, ya odunlar" — deyib.
- Dəvətsiz qonağı köpəklər qarşılar.
- Dəvəyə "Enişimi sevirsən, yoxuşumu? -deyiblər; "Düz yolu göyəmi çəkdilər?" — deyib.
- Dəvəyə ot lazım olanda boynunu uzadar.
- Dəyirman iki daşdan, məhəbbət iki başdan.
- Dilənçi küsmüş, qismətini kəsmiş.
- Dişi quşdur yuvanı quran.
- Doğru danışanı doqquz kənddən qovarlar.
- Doğru sarsılar, amma yıxılmaz.
- Dost üzdən, düşmən gözdən bəlli olar.
- Dostluq şüşə kimidir, sındırsan düzəldə bilməzsən.
- Dostun atdığı daş baş yarmaz.
- Dovşan dağdan küsüb, dağın xəbəri olmayıb.
- Duzdan ləzizi yox, sudan əzizi yox.
- Düşünə-düşünə görər işi, sonra peşman olmaz kişi.
- Düyün bizim, oyna qızım.
E
redaktə- El ağzına baxan arvadını tez boşar.
- El qapısı həm gec, həm güc açılar.
- Elm rütbəsi rütbələrin ən əlasıdır.
- Elm cəhli yox edir, əxlaqsızlığı yox.
- Elm — sahibinə dost, mal isə düşməndir.
- Elmi ilə alim olmyanın söylədiyi təsirsiz qalar.
- Eşq söylədər, dərd ağladar.
- Ev bizə qaldı desənə, halva bişirib yesənə.
- Ev yanmış, borc bacadan çıxmış.
- Ev yeni, divar yeni — Ələyim hardan asım səni?
- Ev yıxanın evi olmaz.
- Evciyəzim, evciyəzim — saxlar məni sirciyəzim.
- Ey abdal dərviş, pulla bitər hər iş.
Ə
redaktə- Əba vaxtı əba alan, yaba vaxtı yaba alan aldanmaz.
- Əcəl gəldi cəhanə — Baş ağrısı bəhanə.
- Əkən — biçər, qonan — köçər.
- Əlini vicdanına qoyub danış.
- Əmək olmaz — yemək olmaz.
- Ən böyük dövlət — canın saflığıdır.
- Ən düz şey minarədir, onun da içi əyri.
- Əsli nəysə, nəsli də odur.
- Əvvəl kar, sonra yar. (kar — iş).
- Əyri ağaca "yayım" demə, hər gördüyünə "dayım" demə.
- Əyri ox mənzil almaz.
F
redaktə- Fəqirin ahı, endirər şahı.
- Fəqirlərin düşkünü, ağ geyinər qış günü; Zənginlərin azğını, kürk geyinər yaz günü.
G
redaktə- Gedib də gəlməmək var, gəlib də görməmək var.
- Gəlin atasına: "Həm ağlaram, həm gedərəm" deyər.
- Gəlin — çiçək; dediyi göyçək.
- Gəncliyin qiyməti bilinsə, qocalığın şikayəti azalar.
- Gənclikdə ölüm, qocalıqda yoxsulluq zülümdür.
- Gənclikdən qocalığa ömür saxlamalı.
- Gəzən tülkü yatan aslandan nəsiblidir.
- Gördün dəli, çəkil geri.
- Gördün yarın yar deyil, tərkin qılmaq ar deyil.
- Görən gözün haqqı vardır.
- Göy ağlamayınca, yer gülməz.
- Göz bir pəncərədir könülə baxar.
- Gözəl quş əldə gəzər, gözəl qadın dildə gəzər.
- Gözəldən qırx gündə doymaq olar, gözəl xasiyyətdən qırx ildə də doymaq olmaz.
- Gözəllər çox iş edərlər; Soyarlar dərviş edərlər.
- Gözlüyə gizli yoxdur.
- Gözü dələdə olan quşun ayağı cələdən çıxmaz.
- Gül bülbüldən ziyadə insan əlindən çəkər.
- Gün keçər, kin keçər.
- Gün qarası gedər, gön qarası getməz.
- Günəş girən yerə həkim girməz.
H
redaktə- Heyvanın dişinə baxarlar, insanın işinə.
- Həm suçlu, həm güclü.
- Hər adamın çörəyi yeyilməz.
- Hər ağacdan qaşıq olmaz.
- Hər işarəyə qaçan tazı tez yorular.
- Hər kəsə yar ol, bar olma. (yar — dost, bar — yük).
- Hər kəsin dəlisi evdə, dərdi — qarnında.
- Hər quşun əti yeyilməz.
- Hər şeyə bənzəyən bir şeyə bənzəməz.
- Hər şeyə nəzər dəyər, müflisliyə dəyməz.
- Hər zəmidən bir taxıl, hər başdan da bir ağıl.
- Hirs ilə qalxan, ziyan ilə oturar.
X
redaktə- Xain olan qorxaq olar.
- Xalqın səsi — haqqın səsi.
- Xeyirsiz duaya "amin!" deməz.
- Xəstə ol mənim üçün, ölüm sənin üçün.
- Xəstəni buza yollamayın, aşiqi sözə yollamayın.
- Xırman yel ilə, düyün el ilə.
- Xoruz öldü, gözü çöplükdə qaldı.
İ
redaktə- İçdiyin üzüm suyumu; tökdüyün üzün suyumu?
- İçmə namərd əlindən su, abi-həyat olsa da.
- İftira dağdan ağırdır.
- İki adam başında papağın yoxdur — deyirsə, əlini başına apar.
- İki dilənçı bir qapıda yaxınlıq etməz.
- İki qapıda gəzən köpək ac qalar.
- İki qibləyə tapınanda din olmaz.
- İnsan elə gün olur dağ qaldırır, elə gün də olur darı qaldıra bilmir.
- İnsanın zilləti də öz əlindədir, illəti də.
- İslandıq quruduq — sel bizə neylər, qarlı dağdan əsən yel bizə neylər.
- İş başlamaqda deyil, başa yetirməkdədir.
- İş buyur tənbələ, sənə ağıl öyrətsin.
- İş insanın aynasıdır.
- İş yuxunu görəndə deyil, yozandadır.
- İşi ad işlər, sən işləməzsən.
- İşi çoxaltmaq iş bilməzlikdən irəli gəlir.
- İşləyən inci taxar, işləməyən iki yanına baxar.
- İt iti yeyib, quyruğuna çatanda "mənimdir" deyib.
- İynəsini salan yerə baxar.
K
redaktə- Keçdi bülbül, keçdi gül; istər ağla, istər gül.
- Keçidə də saqqal var, amma dədə deyil.
- Kişi gətirməyi bilməli, qadın — yetirməyi.
- Kor odur ki, düşdüyü quyuya bir də düşə.
- Köhnəsi olmayanın təzəsi olmaz.
- Kömürçünün evinə girən üzü qara çıxar.
- Könlün sığdığı yerə hər şey sığar.
- Köpək belə çörək verəni tanıyır.
- Küləyin qabağına düşməyən yoxdur.
Q
redaktə- Qadın var arpa unundan aş elər; Qadın var buğda ununu daş elər.
- Qadındır evi tikən, qadındır evi yıxan.
- Qadının biri əla, ikisi — bəla.
- Qar ili — var ili.
- Qaranquşa: "Nə üçün gah aşağıdan, gah yuxarıdan uçursan?" — deyiblər; o da "Bəlanın bəzən altından, bəzən üstündən keçmək üçün" — deyib.
- Qardaş qardaşı bıçaqlamış, sonra durub qucaqlamış.
- Qəbahət samur kürkü olsa da, kimsə çiyninə atmaz.
- Qəbul olmayacaq duaya amin demə.
- Qələm qılıncdan kəskindir.
- Qərib quşun yuvası çox olar.
- Qıldan incə, qılıncdan kəskin.
- Qırx bacanağı bir it parçalamış.
- Qırx hərami bir olmuş, bir çılpağı soya bilməmiş.
- Qırx il qıran olmuş, əcəli gələn ölmüş.
- Qız evi — naz evi.
- Qonağın umduğu ev sahibinin üç öynəsi olur.
- Qonşuda bişər, bizə də düşər.
- Qorx aprelin beşindən — Öküzü ayırır işindən.
- Qorxulu yuxu görməkdənsə, oyanıq yatmaq xeyirlidir.
- Qurd belə qonşusuna zərər vurmaz.
- Qurdla qoyun olmaz, qılıncla oyun olmaz.
- Qurdu meşədən açlıq çıxarır.
- Quyunu boyunca qaz, düşəndə boğulmayasan.
- Qürbət — adı bəd.
- Qürbətdə keçən ömür, nə dəmirdir, nə kömür.
- Qüvvət haqqındır.
L
redaktə- Leyləyi quşmu sayırsan? — yazda gələr, qışda gedər.
- Lətifə lətif gərək.
M
redaktə- Mal adama həm dost, həm düşməndir.
- Mart havası kimi qərarsız.
- Meyxanəçidən şahid istədilər, sərxoşu göstərdi.
- Mədə — dərdin, pəhriz — dərmanın başıdır.
- Məqsədin ən kəsə yolu səbrdir.
- Mənə faydası olmayan göz çıxsın.
- Mərhəmət hər zaman intiqamdan daha yaxşıdır.[1]
- Mərmər — yaxşı daşdan; Yaxşılıq iki başdan.
- Min bilsən də bir bilənə danış.
- Minnət qədər ağır yük olmaz.
- Müəllimin vurduğu yerdə gül bitər.
N
redaktə- Namus gedər, dönməz geri; Yoxdur onun bəlli yeri.
- Nə ilə ölçərsən, onunla da ölçülərsən.
- Nə tapdınsa özünə, o görünər gözünə.
- Nə yavuz ol — asıl, nə yavaş ol — basıl.
O
redaktə- Od içindən tutuşar.
- Oğlan doğdum — oydu məni, qız doğdum — soydu məni.
- Oğlan yetir, qız yetir; Yenə şələni sən götür.
- Olan — dörd bağlar, olmayan — dərd bağlar.
- Otuz iki dişdən çıxan otuz iki məhəlləyə yayılar.
- Ovçu nə qədər hiylə bilirsə, ayı da o qədər yol bilir.
- Olanla ölənə çarə yoxdur.
Ö
redaktə- Öküzü buynuzundan, insanı sözündən tutarlar.
- Ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün ağlar.
- Öpürsən, öz əlini öp.
- Özünü saxla ağlar gözdən, saxta sözdən.
P
redaktə- Plovdan dönənin qaşığı qırılsın.
R
redaktəS
redaktə- Saqqal başa qurban olsun.
- Saqqalı sarı, gözü mavi — döl azğını; Gecə ayaz, gündüz bulud — il azğını.
- Sağlıq ən böyük varlıqdır.
- Sevginən səni sevəni — xak ilə yeksan isə də; Sevmə səni sevməyəni — Misirdə sultan isə də.
- Səadət qapıdan girəndə səfalət bacadan qaçar.
- Sən bilirsən bir iki, ellər bilir min iki.
- Sənə bir öyüd; ununu əlinlə üyüd.
- Sənə daş atana sən çörək at.
- Səni səndən soruşmazlar — eldən soruşarlar.
- Sənət qanaddır.
- Sənətinə kim xor baxar; Boynuna torba taxar.
- Sər ver, sirr vermə.
- Sərçənin adı nə, budu nə?!
- Sərxoş olub kişilikdən dəm vuranın qeyrəti araq şüşəsində olar.
- Sərt olma, mərd ol.
- Soydum əkdim, soyundum əkdim, yenə soyuna çəkdi.
- Söyləyənə baxma, söylədənə bax.
- Söz bir quş kimidir, buraxsan tuta bilməzsən.
- Sözə usta, işə xəstə.
- Sözlə plov bişsə, dəniz qədər yağ məndən.
- Su bulandırmaqla balıq tutulmaz.
- Su gəldi, dərd getdi.
- Su hər şeyi təmizləyir.
- Su və sabun böyük qüvvədir.
- Sudan ayrılan bulağın oddan qorxusu olmaz.
- Sümüklə dəri — yeməklə diri.
Ş
redaktə- Şəriətin kəsdiyi barmaq qanamaz.
- Şübhə insanı rahat qoymaz, amma çox bəlalardan qurtarar.
T
redaktə- Tapançanın dolusu bir adamı, boşu qırx adamı qorxudar.
- Tar ilə kamanı fərqləndirməyən adamdan məclis ağsaqqalı olmaz
- Tarlada izi olmayanın süfrədə üzü olmaz.
- Tələsik gedən əcələ gedər.
- Tələsik gedən yolda qalar.
- Tələsik işə şeytan qarışar.
- Topalla gəzən axsamağı öyrənər.
- Tülkü: " Özümə görə demirəm, amma üzümsüz bağın kökü qurusun" — deyib.
- Türkün sonradan gələn ağlı mənim olaydı.
U
redaktə- Ucuzdur — illəti var, bahadır — hikməti var.
- Ulağı yoldan çıxaran bir çəngə otdur.
- Ulunu dinləməyən ulaya-ulaya qalar.
- Uma-uma, döndüm muma.
Ü
redaktə- Ünü var, unu yox.
- Üzü nəsə, ürəyi də odur.
- Üzü öpülənin əli öpülməz.
- Üzümün yaxşısı dənədir, qadının yaxşısı nənədir.
V
redaktə- Vaxt atlı, biz piyada.
- Vaxt nəqddir.
- Var evi — kərəm evi, yox evi — ələm evi.
- Verdin qırxı, getdi qorxu.
- Vəsiyyət ölüm gətirər.
- "Vur" demə, öldürər.
Y
redaktə- Ya alaram — ya ölərəm.
- Ya taxt, ya bəxt.
- Yaxşı kitab sadiq dostdur. Ondan bezəndə hirslənmir, məsləhət istəyəndə aldatmır.
- Yaxşı nəsihət verilir, yaxşı ad verilmir.
- Yaxşı övlad atanı vəzir edər, pis övlad — rəzil.
- Yaxşılıq qəribdir, tanınmaz.
- Yağmur yağsa — qış olmazmı, adam özünü bilsə — xoş olmazmı?
- Yalan dinləmək yalan söyləməkdən çətindir.
- Yalançı kimdir? — Eşitdiyini söyləyən.
- Yalançının şamı gün batana qədər yanır.
- Yaş yetmiş — iş bitmiş.
- Yay kimi əyri olsam, əldə tutarlar məni, ox kimi dümdüz olsam, çölə atarlar məni.
- Yeriyən yol alar, yeriməyən yolda qalar.
- Yerli dovşanı yerli tazı tutar.
- Yetimin bağrı yağ bağlamaz.
- Yetimin qarnına vurmuşlar, "Vay, arxam!" — demiş.
- Yıxıldınsa, torpağa sarıl.
- Yırtıcı quşun ömrü az olar.
- "Yox" şeytandır.
- Yolçuya yol gərək, qurbağaya göl gərək.
- Yolu azana köpək səsi bülbül səsindən xoşdur.
- Yorğan getdi, qovğa bitdi.
Z
redaktə- Zəlil adam tamahkar olar.
Mənbə
redaktə- Dünya xalqlarının atalar sözləri. Bakı.2015
İstinadlar
redaktə- ↑ * Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014