azərbaycanca: çəki

  • Əski əlifba: چکی

  Mənalar :

  1. Bir şeyin tərəzidə çəkilməklə müəyyənləşdirilən ağırlığı; vəzn. Taxılın çəkisi. _ Çəki daşı – şeyləri çəkmək üçün ağırlıq ölçüsü kimi işlədilən müəyyən ağırlıqda cisim, tərəzi daşı. [Tahir] dəmir çarpayının altında cərgə ilə düzülmüş ağır çəki daşlarını götürdü.. M.Hüseyn. // Ümumiyyətlə, ağırlıq. Binanın çəkisinin aşağı salınması hazırda – elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə çox vacib problemlərdən biridir. “Elm və həyat”.
  2. məc. Əhəmiyyət, dəyər, sanbal, siqlət. Deyirəm, Sabirin vəznli şeri; Çəkidə nə yerə, nə göyə sığmır. B.Vahabzadə. ◊ Çəkidə (çəkicə) yüngül, qiymətdə (qiymətcə) ağır – bax vəzncə yüngül, qiymətcə ağır (“vəzn”də) [Milyonçular] ..çəkidə yüngül, qiymətdə ağır əşyadan gəmilərdə əlaltı İrana keçirir, bir növ yır-yığış edirdilər. S.Rəhimov.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES