azərbaycanca: ölmək

  Mənalar :

  1. Həyatı tərk etmək, vəfat etmək; keçinmək. ..Evin kişisi bir neçə il bundan qabaq ölmüşdür. C.Məmmədquluzadə. Bir gün qoca bağban xəstələnib öldü. M.Hüseyn. // Qırılmaq, tələf olmaq, məhv olmaq (heyvanlar haqqında). Qışda xeyli mal-qara öldü. // Tələf olmaq, məhv olmaq (ağac, ot və s. haqqında). Şaxtadan güllər öldü. – Çiçəyi soluxub, otu öləndə; Qaçardı üstündən quşu, heyvanı. H.K.Sanılı.
  2. məc. dan. Çox arzu etmək, can atmaq, çox istəmək, həsrətində olmaq. Oxumaq üçün ölür.
  3. məc. Özündən qabaq gələn sözün ifadə etdiyi şeyin şiddətini, təsirini bildirir. Sancıdan ölmək. Acından ölmək. Gülməkdən ölmək.
  4. Mən ölüm şəklində dan. – bir şeyi təkidli xahiş məqamında işlənir. Mən ölüm, tez gəl. Mən ölüm, bu işə qarışma. // Sən öl, sən öləsən, siz öləsiniz şəklində dan. – bir şeyə inandırmaq üçün işlənir: canın (canınız) üçün. [Məşədi İbad:] A kişi, sən öl, mən sənə; Nə qədər desən pul verərəm. Ü.Hacıbəyov. [Ata:] Siz öləsiniz, Arazda da heç belə nərilti olmazdı. S.Rəhimov. // ...ölsün – and içmək, inandırmaq məqamında işlənir. [Hacı Qara:] Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. M.F.Axundzadə. [Səfi:] Bu canım ölsün ki, bularda bir kələk var, gedim görüm nə danışırlar. Ü.Hacıbəyov. ölə-ölə zərf Güc-bəla ilə, zorla, çətinliklə, əziyyətlə. [Qurban:] Hər gün ölə-ölə gəl, ölə-ölə qayıt, belin olsun yağır. Ə.Haqverdiyev. Bu tövr ilə Fərhad ölə-ölə məktəbi tamam etdi. C.Cabbarlı.

Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
  NODES