•   azərbaycanca: şor

  Mənalar :

  1. Çürüdülüb süzülmüş ayrandan hazırlanan ağartı (qatı kütlə halında sadə pendir). [Sənəm] pəncərənin qabağında bir süfrə salardı, üstünə çörək, pendir, şor, kərə .. qoyardı. E.Sultanov. [Göyçək] ayranı çürüdüb şor elədi. Ə.Vəliyev.
  •   azərbaycanca: şor

  Mənalar :

  1. Tərkibində çox duz olan, duzlu. Şor su. Şor pendir. ..Görürsünüz ki, Kür suyunun dadı nə acıdır, nə şordur, pis qoxusu var, nə iylidir. C.Məmmədquluzadə. [Kəblə Rə- cəb:] Kor da bilir ki, balıq şordur. Ə.Haqverdiyev. Kamil qocanın ortaya qoyduğu çörəklə şor balığı acgözlüklə yeməyə başladı. M.Süleymanov. // Duzlu suya qoyulmuş, şoraba edilmiş, tutulmuş. Şor kələm. Şor xiyar. // Duzu çox düşmüş. Şor xörək. – Çay gec oldumu, xörək isti verildimi, bozbaş bir az şor oldumu, arvad döyüləcəkdi. T.Ş.Simurq.
  2. Şoran. Araz boyundakı şor qışlaqlarda; Doyunca nə qoyun, nə mal sağıldı. S.Vurğun. Şor düzlərə böyük arxlar çəkilib; Toybayramın tamaşası yaxşıdır. Aşıq Əhməd. ◊ Şorunu-şitini çıxartmaq bax şitini (şitini-şorunu) çıxartmaq.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES