•   azərbaycanca: əla
  • Əski əlifba:

  Mənalar :[1]https://web.archive.org/web/20160314083222/https://azerdict.com/izahli-luget/%C9%99la

    1. [ər.] Ən yüksək, ən yaxşı, ən gözəl. Əla meyvə. Əla şey. – [Qərib:] Yarın eyvanında cüt qoşa qızla; Şahsənəm əladır, hamısı gözəl. “Aşıq Qərib”. Həmin bu yetər ki, desən; Qullarımdan əladır bu. Q.Zakir. Leylinin bir lətafəti yoxdur; Ondan əla gözəl sənəm çoxdur. S.Ə.Şirvani. // Tələbələrin biliyinə verilən ən yüksək qiymət. Əlaya layiq cavab verdi. Kimyadan əla qiymət aldı. // Zərf mənasında. Əla oxumaq. Tapşırığı əla yerinə yetirmək. Vəzifəsini əla başa düşür. – Şiraslan, yoldaşları arasında əla qiymətlə oxuduğu üçün seçilir, divar qəzetində onun kiçik şeirləri də çıxırdı... S.Rəhimov. Əla oxuyan, hörmət qazanan bir tələbəyə nə ad qoyub, nə qara yaxasan? Mir Cəlal.
    2. klas. Daha hündür, daha uca, daha yüksək. Camalın şöləsi günəşdən əla; Səni görən necə olmaz mübtəla. Sarı Aşıq. // Keyfiyyətcə ən yaxşı, yüksək. Əla növ. – [Hacı] İtotaran Daşdəmirin oğlu Naqqal Feyzulladan iki kisə də əla xına alıb evə qayıtdı. H.Sarabski. Stolların üstünə o qədər də əla olmayan qırmızı mahuddan örtük çəkilmişdi. M.İbrahimov.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES