Qapalı olmayan, örtülü olmayan. Açıq pəncərə. Açıq qutu. Açıq kitab. – Səhər Sona yuxudan ayılıb medalyonu açıq (z.) gördü. N.Nərimanov. // Qıfılsız, bağlı olmayan. Açıq şkaf. Açıq qapı.
Örtüksüz, üstü örtülü olmayan, damı olmayan. Açıq səhnə. Açıq avtomobil. Açıq kinoteatr. Açıq balkon. _ Açıq havada – qapalı bina xaricində. Yığıncaqdan sonra artistlər açıq havada konsert verdilər. S.Rüstəm.
Heç bir tərəfdən məhdud olmayan, geniş, vüsətli. Açıq səhra. Açıq dəniz. Açıq tarla. – Qayıq dəniz buruqlarının böyründən şütüyərək açıq dənizə çıxdı. M.Hüseyn. // Hasarı, hüdudu olmayan. Açıq həyət. Açıq meydan.
Sərbəst, maneəsiz, heç bir şeylə məhdud olmayan. Açıq yol. Açıq satış. Açıq müzayidə. // Zərf mənasında. [Humay] ta çocuqluqdan bəzən açıq və sərbəst olaraq böyümüşdür. H.Cavid.
Buludsuz, aydın, təmiz, tutqun olmayan. Açıq hava. – [Keşikçilər] açıq səmanın fonunda xırdaca qarışqalara bənzəyirdilər. İ.Şıxlı.
is. Açıqlıq, boşluq, meydan. Şəhərin ortasındakı açıqda bağ salınmışdır. – Qalın qara meşənin ortasındakı açığı; Buludlu göydən işıqlandırır Ayın işığı. A.Səhhət.
Rəngi tünd, tutqun olmayan, zəif. Açıq çay. Açıq məhlul. Açıq paltar. Açıq rəng. Açıq ton.
Sahibsiz, boş, heç kəs tərəfindən tutulmamış (vəzifə, yer). İdarəmizdə üç açıq yer var. _ Açıq qalmaq – boş qalmaq, tutulmamaq.
Müdafiəsiz, hücuma məruz qala bilən. Cəbhənin açıq yerlərinə qüvvə göndərmək. // Müdafiə edilməyən, möhkəmləndirilməyən, istehkamsız, qeyri-hərbi. Açıq liman. Açıq şəhər.
Çılpaq, üryan, örtüsüz. Açıq baş. Açıq döş. Açıq qol. – Qüdrətin qulağının dibindən tutmuş açıq boynuna qədər qırmızı bir zolaq uzanır. M.İbrahimov.
Hamı üçün sərbəst olan, gizli olmayan. Açıq iclas. – Sən amansız olmalısan, – deyə Əlyarov əlinin hərəkəti ilə sözünün təsirini gücləndirmək istədi, – onların hamısını açıq məhkəmə eləmək lazımdır. M.Hüseyn.
Səmimiyyət ifadə edən, səmimi. Açıq adam. Açıq söhbət. Açıq ürək. // Zərf mənasında. Heç bir şeyi gizlətmədən, heç bir şeydən çəkinmədən. [Fərhad:] Siz mənimlə açıq danışın; mən də sizin kimi bir adamam; nə qədər açıq danışsanız, bir elə mən sizdən razı olaram. Ə.Haqverdiyev. [Gəldiyev] Verdiyevin söhbətə ayrı rəng verdiyini görüb açıq danışa bilmədi. Mir Cəlal. _ Açıq adam – gülərüzlü, safqəlbli. Açıq olmaq – səmimi olmaq, fikrini gizlətməmək. Açıq ürəklə – səmimiyyətlə, sədaqətlə. [Dilaranın anası] buna görə də qızını yola salarkən, açıq ürəklə Həsəni evə gətirməyi ona tapşırırdı. M.İbrahimov. Arası açıq olmaq – yaxın olmaq, aralarında rəsmi münasibət olmamaq. Onunla aramız açıqdır. – Saday onu yaxşı tanısa da, araları bir o qədər açıq deyildir. M.Hüseyn.
Aşkar, bəlli, aydın, heç bir şeylə gizlədilə bilməyən; şübhəsiz. Açıq düşmənçilik. Açıq ədavət. Açıq mübarizə. Açıq yalan.
məc. Aydın anlaşılan, məntiqli. Açıq fikir. Açıq ifadə. Açıq sübut. – [Sabirin] yazdığı şeirlərin çoxu açıq və sadə ana dilində olub məişətimizin eynini göstərməyə görə əzbər öyrənilirdi. F.Köçərli. // Qabaqcıl, mütərəqqi. Tələbələrdən Qurban Mərəndi adlı birisi öz açıq fikirləri və cəsarətli hərəkətləri ilə Firidunun diqqətini cəlb etmişdi. M.İbrahimov. ◊ Açıq əl məc. – səxavət, comərdlik. Açıq gözlə baxmaq (etmək, getmək və b.k.) – məqsədi, vəzifəni başa düşərək, aydın anlayaraq; şüurlu surətdə. [Zaman:] O da istəməzmi ki, açıq gözü ilə dünya işığına baxsın? Ə.Haqverdiyev. Açıq qapı – qonaqpərəstlik, mehmannəvazlıq, müsafirpərəstlik mənasında. Hacı Kamyabın qapısı hər gələn üçün açıq idi. Ə.Haqverdiyev. Açıq qapı günü – ali məktəbə, işə girmək istəyənlərin məktəb və sənaye müəssisəsi ilə tanış olmaları üçün ayrılan gün. Açıq məktub –
birisinə xitabən qəzet və ya məcmuədə dərc edilən məktub və s. Açıq seçki – açıq səsvermə üsulu ilə keçirilən seçki. Açıq səsvermə – gizli olmayıb, adətən əl qaldırmaqla səsvermə üsulu. Açıq sifət – qəmgin olmayan, şad mənasında. Açıq tamaşa – hər kəsin gələ biləcəyi tamaşa; biletsiz, müftə tamaşa. Açıq yara – hələ sağalmamış yara. açıq... Mürəkkəb rəng adlarının qabağına gətirilərək, onların tünd, qəliz olmadığını, açığa çaldığını göstərir; məs.: açıq-abı, açıqbənövşəyi, açıq-qırmızı, açıq-sarı, açıqçəhrayı, açıq-yaşıl və s.