•   azərbaycanca: bükmək

  Mənalar :

  1. Müəyyən qaydada qatlamaq. Köynəyi bükmək. Kağızı bükmək. – O biri səkilərdə də usta bükən sayaq çoxluca paltarlar bükmüşdülər və üstlərinə də cürbəcürə papaqlar qoymuşdular. Çəmənzəminli. // Örtmək. Qadın sualımın bir müsahibə şəkli aldığını görüncə əlindəki kitabı bükdü. S.Hüseyn.
  2. Sarımaq, bürümək. Şeyləri kağıza bükmək. – Hədiyyə bir parça çörək götürüb, qəzetə bükdü.. Mir Cəlal. // Tütünü kağıza qoyub papiros düzəltmək. ..Şamil isə cibindən tütün qutusunu çıxarıb, yoğun bir papiros bükdü. M.Hüseyn.
  3. Əymək. Nikişin zabitin çiyinlərindən tutub, dala bükdü. M.İbrahimov. Yay kimi bükərək ayaqlarını; Qəfildən sıçradın qaranlıqlara. R.Rza.
  4. Qatlayıb tikmək, sırımaq. Dəsmalın qıraqlarını bükmək. ◊ Abrını ətəyinə bükmək – bax abır. Belini bükmək – bax bel. Boynunu bükmək – bax boyun. Büküb-bükmələmək – yıxmaq, basmaq, əzişdirmək. Məşədi Əsgər o qədər zorlu idi ki, üç-dörd heylə hambalları büküb-bükmələyib əzişdirə bilərdi. S.M.Qənizadə.
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən bükmüşdüm bükdüm bükürəm bükəcəyəm bükərəm büküm bükəm bükməliyəm bükəsiyəm büksəm Adlıq bükmək
Sən bükmüşdün bükdün bükürsən bükəcəksən bükərsən bük bükəsən bükməlisən bükəsisən büksən Yiyəlik bükməyin
O bükmüşdü bükdü bükür bükəcək bükər büksün bükə bükməlidir bükəsidir büksə Yönlük bükməyə
Biz bükmüşdük bükdük bükürük bükəcəyik bükərik bükək bükək bükməliyik bükəsiyik büksək Təsirlik bükməyi
Siz bükmüşdünüz bükdünüz bükürsünüz bükəcəksiniz bükərsiniz bükəsiniz bükəsiniz bükməlisiniz bükəsisiniz büksəniz Yerlik bükməkdə
Onlar bükmüşdülər bükdülər bükürlər bükəcəklər bükərlər büksünlər bükələr bükməlidirlər bükəsidirlər büksələr Çıxışlıq bükməkdən


  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES
dada 1
dada 1
Done 1