İsim Tək Cəm
Adlıq halı cəza cəzalar
Yiyəlik halı cəzanın cəzaların
Yönlük halı cəzaya cəzalara
Təsirlik halı cəzanı cəzaları
Yerlik halı cəzada cəzalarda
Çıxışlıq halı cəzadan cəzalardan

  azərbaycanca: cəza

  Mənalar :

  1. Hər hansı təqsirə, cinayətə, pis əmələ qarşı tətbiq edilən təsir tədbiri. Yüksək cəza. Şiddətli cəza. – Güldəstə, sənin cəzan ağır olacaq. H.Seyidbəyli. _ Cəza almaq – bax cəzalanmaq. ..Sən üç böyük cinayət etmisən, buna görə cəza alacaqsan. S.S.Axundov. [Məmmədov:] Bunun üçün mən lazımi cəza almışam. H.Seyidbəyli. Cəza görmək – cəzalandırılmaq. Cəza vermək – bax cəzalandırmaq. Az qaldı söyləsin, günah işlədin; Sənə cəza verən əməllərindir. M.Rahim. Cəzasına yetirmək (çatdırmaq) – etdiyi cinayətə, təqsirinə görə cəzasını vermək, cəzalandırmaq. [İsgəndər:] Ay bacı, kaş sağ olaydın, öz gözünlə görəydin ki, sənin namusuna sataşanı necə cəzasına yetirmişəm. E.Sultanov. [Həsən:] Əgər ədalət var isə, gərək zalımı cəzasına çatdırsın. Ə.Haqverdiyev. Cəzasını almaq – öz pis əməlinə, etdiyi cinayətə görə cəzaya məruz qalmaq, cəzaya düçar olmaq, cəza çəkmək.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES
Done 1