•   azərbaycanca: cilov

  Mənalar :

  1. Qoşqu ləvazimatının, ağızlığa (kəmə) bənd edilmiş uzun hissəsi; qayışdan (ya ipdən) ibarət olan və qoşulmuş atı idarə etməyə xidmət edən hissəsi. Atın cilovundan yapışmaq. – [Yusif Sərrac] oturub, əlindəki cilovu tikib, tamam edirdi, çünki müştəri tapşırmışdı ki, gərək o gün hazır ola. M.F.Axundzadə. Usta əlindəki cilovu tikib hazırlamağa çalışır(dı). A.Şaiq. Kəndli. atın cilovundan tutdu. M.Hüseyn. // məc. İtaətdə, əldə saxlamaq, əl-qol açmağa qoymamaq üçün vasitə, qüvvə. [Kürd Musa:] Şaliko, Şaliko! Qüvvət bizdədir; Dünyanın cilovu əlimizdədir. S.Vurğun. ◊ Başına cilov keçmək – məc. evlənmək, başı bağlanmaq. [Nənəxanım:] [Şaqqulunun] başına cilov keçəndən sonra mən də rahat olaram, daha kişinin kötəyini yemərəm. Çəmənzəminli. (Əlindən) cilov gəmirmək – birinin əlindən çox bərk hirslənmək, ona qarşı kin bəsləmək, onu cəzalandırmaq üçün fürsət aramaq. [Göyüş:] [Salmanın] fermaya getməyindən xəbər tutan Veysəl də Əhməd kimi cilov gəmirirdi. Ə.Abbasquliyev. Cilovda saxlamaq – tabeliyində, əlində saxlamaq. Cilovu əlində olmaq – tamamilə asılı olmaq, itaətində olmaq. [Qədir:] Bizim fağır-füqəranın cilovu həmişə sizin əlinizdə olub. Mir Cəlal. Cilovundan tutub geri çəkmək – bax cilovunu yığış- dırmaq (yığmaq, çəkmək, dartmaq). Birinci qadın bir az susduqdan sonra fikirli halda dedi: – İndi möhkəm bir əl lazımdır ki, [Rəşidin] cilovundan tutub geri çəksin. Ə.Məmmədxanlı. Cilovunu (əldən) buraxmaq (vermək) – birinə tam sərbəstlik vermək, başlı-başına buraxmaq. Cilovunu əlində saxlamaq – bax cilovda saxlamaq. [Sürəyya:] Amma, qızım, Zakirin cilovunu əlində möhkəm saxla ha! H.Seyidbəyli. Cilovunu yığışdırmaq (yığmaq, çəkmək, dartmaq) – bax ipini çəkmək (“ip”də). [Gülməmməd:] Vaxtında cilovunu çəkmədin. İndi də dalını bağlamaq olmayır. Ə.Haqverdiyev. [Rüstəm Qaraşa:] Nə [Mayanın] dədəsi məlumdur, nə nənəsi! Vaxt ikən cilovunu bərk yığışdır, sonra gec olar! M.İbrahimov.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES