azərbaycanca: dava

  Mənalar :

  1. Dalaşma, söyüşmə; çarpışma, vuruşma. Artıq bu səfər heç bir zor, heç bir dava kar eləmədi. S.Rəhman. _ Dava axtarmaq – heç bir şey üstə dava etməyə çalışmaq, dava etmək üçün bəhanə axtarmaq. [Səlimnaz xanım:] Sən bu gün aşkara dava axtarırsan. N.Vəzirov. Dava qalxmaq (düşmək) – dava baş vermək. Dava eləmək – savaşmaq, dalaşmaq, söyüşmək, vuruşmaq. [İsmayıl bəy:] Mən bura dava eləməyə gəlməmişəm. N.Vəzirov; mübahisə etmək. Dava salmaq – aranı vuruşdurmaq, dava düşməsinə səbəb olmaq.
  2. Müharibə. Barıt və qan qoxusu ağırlaşdı havada; Daşlar belə qanadı bu uğursuz davada. R.Rza. Əsgəran davasında basılmaq xəbəri bütün yaylağı kədər və vahiməyə salmışdı. Mir Cəlal. Sonra dava düşdü, çevrildi dünya; Bunu məndən gözəl siz bilirsiniz. M.Müşfiq.
  3. Həlli tələb olunan məsələ, mübahisəli məsələ; münaqişə; iddia. Aradakı davanı həll etmək. Onun davasına baxmaq. – [Eyvaz:] ...Bizim davamız millət davası deyil, çörək davasıdır, azadlıq davasıdır. C.Cabbarlı. _ ...davası etmək – ..iddia etmək, ..üstündə mübahisə etmək, ..tələb etmək. [Qafar:] Sən mənimlə paltar davası edirsən, eləmi? S.S.Axundov.
  4. köhn. hüq. Müdafiə üçün məhkəməyə müraciət, qarşı tərəfi məhkəməyə cəlb etmə, məhkəmə hüzurunda baxılan iş; mühakimə. _ Dava çəkmək – məhkəmədə çəkişmək, məhkəməyə müraciət etmək, məhkəmədə iş açmaq. [Səlimə xanım:] Gərək indi dava çəkməyə məcbur olam. M.F.Axundzadə. ◊ Dava dağarcığı – davakar adam haqqında.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES
Done 1