•   azərbaycanca: elan [ər.]

  Mənalar :

  1. Yazılı, çap olunmuş bildiriş, xəbər, məlumat. Qəzet elanı. Divara elan vurmaq. Dərslərin başlanması haqqında elan. – Üç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Mir Cəlal. _ Elan etmək –hamının eşidəcəyi tərzdə xəbər vermək, məlumat vermək, bildirmək. İclası açıq elan etmək. Müharibə elan etmək (müharibə başladığını bildirmək). – Ruhanilər vahid bir cəbhə tutaraq Axundov komediyalarına qarşı cahad elan etdilər. Ə.Haqverdiyev. // Mətbuat vasitəsilə bildirmək. İanə verənləri mətbuat səhifələrində adbaad elan etmək çətin idi. Mir Cəlal; açmaq, izhar etmək, bildirmək. İndi daha gəlib çatmış o zaman; Sənə bir gizli sirr edim mən elan. A.Səhhət. Elan vermək – məlumat vermək, xəbərdar etmək, bildirmək. Gəldiyev elan verib, sabaha büro iclası çağırdı. Mir Cəlal; qəzet və ya mətbuat vasitəsilə bildirmək, xəbər vermək. Müşavirə haqqında qəzetdə elan vermək. Elani-eşq (elani-məhəbbət) etmək – eşq və məhəbbətini bildirmək, sevgisini elan etmək. [Məhəmmədcəfər] qadınlar məclisində qadın azadlığı haqqında məruzədə elani-eşq edən dərəcədə ləzzətli danışırdı. Qantəmir.
  2. köhn. Rəsmi bildiriş vərəqəsi. Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz. Ə.Haqverdiyev.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES