azərbaycanca: göndərmək

  Mənalar :

  1. Yollamaq (birinə vermək, çatdırmaq üçün). Məktub göndərmək. Sovqat göndərmək. Poçtla pul göndərmək. – [Oğul:] Ata, ayda on beş manat qardaşıma göndərə bilərsən? Ə.Haqverdiyev. [Yaşlı kişi:] Tək bir teleqram üzərinə biz [tatar tacirinə] vaqonlarla mal göndərirdik. S.Hüseyn.
  2. Bir tapşırıqla bir yerə yollamaq. Uşağı dükana göndərmək. [Əsgər:] Günü bu gün Süleymanı görsəm göndərəcəyəm ki, gedib elçilik eləsin. Ü.Hacıbəyov. Məhəmməd Səfi ağa bir az səbr eləyib, xidmətçi qızı [Alının] dalınca göndərdi. Çəmənzəminli. // Bir məqsədlə bir yerə getməsini əmr və ya təklif etmək; təyin etmək. İdarəyə müdir göndərmək. İşə göndərmək. Uşaqları gəzməyə göndərmək.
  3. Ezam etmək, yollamaq. Müşavirəyə göndərmək. Vətənə göndərmək. – Keçən gün seçkiqabağı məni seçicilər arasında kütləvi iş aparmaq üçün Xıdırlıya göndərdilər. S.Rəhman. Bakıda Firidunu növbəti çağırışçılara qoşub, Tbilisiyə göndərdilər. Mir Cəlal.
  4. Yazı, hərəkət və ya sözlə öz münasibətini, hissiyyatını bildirmək, ifadə etmək. Salam göndərmək. ◊ Sibirə göndərmək köhn. – Sibirə sürgün etmək. ..Səfəri adam öldürmək üstündə Sibirə göndərdilər. S.S.Axundov.
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən göndərmişdim göndərdim göndərirəm göndərəcəyəm göndərərəm göndərim göndərəm göndərməliyəm göndərəsiyəm göndərsəm Adlıq göndərmək
Sən göndərmişdin göndərdin göndərirsən göndərəcəksən göndərərsən göndər göndərəsən göndərməlisən göndərəsisən göndərsən Yiyəlik göndərməyin
O göndərmişdi göndərdi göndərir göndərəcək göndərər göndərsin göndərə göndərməlidir göndərəsidir göndərsə Yönlük göndərməyə
Biz göndərmişdik göndərdik göndəririk göndərəcəyik göndərərik göndərək göndərək göndərməliyik göndərəsiyik göndərsək Təsirlik göndərməyi
Siz göndərmişdiniz göndərdiniz göndərirsiniz göndərəcəksiniz göndərərsiniz göndərəsiniz göndərəsiniz göndərməlisiniz göndərəsisiniz göndərsəniz Yerlik göndərməkdə
Onlar göndərmişdilər göndərdilər göndərirlər göndərəcəklər göndərərlər göndərsinlər göndərələr göndərməlidirlər göndərəsidirlər göndərsələr Çıxışlıq göndərməkdən


Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
  NODES
Done 1