•   azərbaycanca: iti

  Mənalar :

  1. Yaxşı itilənmiş, kəskin, çox kəsici. İti bıçaq. İti balta. İti ülgüc. İti qılınc. // Ucu şiş, batıcı, deşici. İti ox. İti tikan. – ..Heç bir zaval görməyəcəyini [pişik] hiss etdi, iti caynaqlarını qabırğaya ilişdirdi. İ.Hüseynov.
  2. Getdikcə sivriləşən, ucu sivri, şiş. Boz mərmərdən qayrılmış yazı cihazının üstündə iti (z.) qəddənmiş rəngli qələmlər görünürdü. M.Hüseyn.
  3. Çox sürətli; tez, cəld, bərk çaparaq. İti sürmək. İti yerimək. İti danışmaq. – [Səməd] əllərini solmuş çuxasının qollarına qoyub, .. küçənin ortası ilə iti ötür. Çəmənzəminli. Ancaq Məzlum üsulluca restoranı tərk etdi, iti addımlarla buradan uzaqlaşdı. E.Sultanov. ..[Səmədin] beyni elə bil əvvəlkindən də iti işləməyə başlamışdı. İ.Hüseynov. // Sürətlə axan. İti su. İti çay.
  4. məc. Kəskin, nüfuzedici, çox təsirli. İti söz. İti baxış. İti səs. – Onun iti nəzərləri geniş üfüqlərə nüfuz edir. M.Hüseyn. İşlədi knyazın geniş qəlbinə; Aşığın ox kimi iti sözləri. M.Rahim. Bahadır öz gur və iti səsi ilə çağırdı.. S.Rəhman. // Çox şiddətli, bərk. İti çovğunlardan sonra yaz fəsli gəldi. N.Nərimanov.
  5. məc. Tez qavrayan, tez başa düşən; fəhmli, qabil. İti ağıl. İti zehni var. – Onun hazırcavablığı və açıqlığı, iti fikir sahibi olması bizə nə qədər xoş gələrdi.. M.İbrahimov. iti-iti zərf Sürətlə, cəld, tez-tez. İti-iti axmaq. İti-iti yazmaq. İti-iti danışmaq. – Tramvay sürətini artırdıqca [Tahirin] də fikri iti-iti işləməyə başlayırdı. M.Hüseyn.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 

Feil iti (sl)-  azərbaycanca:yerimək (sl),getmək (sl)

  NODES
mac 1
os 7