azərbaycanca: izləmək

Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən izləmişdim izlədim izləyirəm izləyəcəyəm izləyərəm izləyim izləyəm izləməliyəm izləyəsiyəm izləsəm Adlıq izləmək
Sən izləmişdin izlədin izləyirsən izləyəcəksən izləyərsən izlə izləyəsən izləməlisən izləyəsisən izləsən Yiyəlik izləməyin
O izləmişdi izlədi izləyir izləyəcək izləyər izləsin izləyə izləməlidir izləyəsidir izləsə Yönlük izləməyə
Biz izləmişdik izlədik izləyirik izləyəcəyik izləyərik izləyək izləyək izləməliyik izləyəsiyik izləsək Təsirlik izləməyi
Siz izləmişdiniz izlədiniz izləyirsiniz izləyəcəksiniz izləyərsiniz izləyəsiniz izləyəsiniz izləməlisiniz izləyəsisiniz izləsəniz Yerlik izləməkdə
Onlar izləmişdilər izlədilər izləyirlər izləyəcəklər izləyərlər izləsinlər izləyələr izləməlidirlər izləyəsidirlər izləsələr Çıxışlıq izləməkdən


  Mənalar :[1]https://web.archive.org/web/20140831083149/http://azerdict.com/izahli-luget/izl%C9%99m%C9%99k

    1. Birinin izi ilə, ardınca getmək, təqib etmək, izinə düşmək. – [Xəyyam:] Yox, oxşayacaq ruhumu bir zərrə səadət; İzlər məni hər dürlü fəlakət. H.Cavid. Sarıbəniz uşaqlar həyəcanla bu məhbusları izləyirdilər. S.Vəliyev. Mən inamla irəliləyən Rəşidi addım-addım izləyirdim. M.Rzaquluzadə.. // İzinə düşüb axtarmaq, aramaq. Oğrunu izləmək. – Böyük bir mahalın divanı yerindən tərpənib Nəbini izləməyə başlamışdı. S.Rəhimov. // Göz qoymaq, güdmək. Üstü örtülü səbətlərdən şübhələnmiş polis xəfiyyəsi, uzaqdan-uzağa Qulam dayını izləyirdi. M.Hüseyn. Maya daha diqqətlə ərini izləyərək, onda başqa bir qadın iyini duyduqda sarsılmışdı. M.İbrahimov. [Teymur Zərifəyə deyir:] Biz illər uzunu sənin həyatınla maraqlanmış, hər addımını izləmişik. H.Seyidbəyli.
    2. məc. Birinin yolu ilə getmək, onun yolunu davam etdirmək, dalınca getmək. Bir dramaturq olaraq [Ü.Hacıbəyov] məhz M.F.Axundov və C.Məmmədquluzadənin dramaturji üslubunu izləyərək .. misli görünməmiş komediyalar yazmışdır. Ə.Sultanlı.
    3. məc. Təqib etmək, göz qoymaq, müntəzəm tanış olmaq. Gündəlik mətbuatı izləmək. – Firidun .. diqqətlə qəzetləri izləyirdi. M.İbrahimov.

Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
  NODES
mac 1
os 2
web 2