Fayl:Autohaus.jpg
[1] jurnal
İsim Tək Cəm
Adlıq halı jurnal jurnallar
Yiyəlik halı jurnalın jurnalların
Yönlük halı jurnala jurnallara
Təsirlik halı jurnalı jurnalları
Yerlik halı jurnalda jurnallarda
Çıxışlıq halı jurnaldan jurnallardan

  azərbaycanca: jurnal

  Mənalar :

  1. Kitabça şəklində nəşr edilən dövri məcmuə. Aylıq jurnal. Tibb jurnalı. Moda jurnalı. Ədəbiyyat jurnalı. – Bu axır vaxtlarda müsəlman qəzetləri və müsəlman jurnalları övrətlərimizə dair bir para məqalələr yazıblar. C.Məmmədquluzadə. Masanın üstündə gözlük, qələmdan; Qəzetlər, jurnallar, cild-cild kitablar. B.Vahabzadə.
  2. Hadisələri və s.-ni müntəzəm surətdə qeyd etmək üçün dəftər, ya kitab. Məktəb jurnalı. Növbə jurnalı. – Müəllim jurnalını götürüb getdi, biz də kitablarımızı sinifdə buraxıb küçəyə çıxdıq. T.Ş.Simurq.
  3. Dərgi

Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
  NODES