azərbaycanca: mövqe

  Mənalar :

  1. Yer, məhəl. // Bir şeyin baş verdiyi, olduğu yer.
  2. Hər hansı bir adamın cəmiyyətdə, ictimai həyatda yeri, rolu, vəziyyəti. İctimai mövqe. – Vaqifin də sol yanda əyləşdirilməsi, onun sarayda qazanmış olduğu mövqeyi və hörməti göstərirdi. Çəmənzəminli. _Mövqe tutmaq – yer tutmaq, əhəmiyyəti olmaq, nüfuz qazanmaq. // Vəzifə, rütbə, dərəcə. [Zeynal] arxadaşlarına nisbətən daha yüksək bir mövqedə olduğunu göstərmək üçün deyirdi. S.Hüseyn. Arada nə vəzifə, nə də mövqe fərqi görünürdü. B.Bayramov.
  3. Hərbi əməliyyat sahəsi, döyüş meydanı; cəbhə. O gündən bir saat da olsun Nəriman mövqeyindən yayınmamışdı. Mir Cəlal. _ Mövqe tutmaq – döyüş üçün müəyyən yerdə hazır durmaq. [İdrisin] batalyonu azad etməyə can atdığı bir şəhərin qarşısındakı atəş xəttində mövqe tutmuşdu. Ə.Məmmədxanlı. İsmayıl kişi qocaman bir qoz ağacının altında, qaya dalında mövqe tutmuşdu. P.Makulu.
  4. Vəziyyət, hal. [Səlma:] Aman, nə müşkül mövqedə qaldım, ah! H.Cavid. [Molla Xəlil] çıxılmaz bir mövqedə bulunurdu. S.Hüseyn.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES
Done 1