azərbaycanca: müstəqil

  Mənalar :

  1. Başqasından asılı olmayan, başqasına tabe olmayan; sərbəst. Müstəqil respublika. Müstəqil hökumət.
  2. Özü-özlüyündə əhəmiyyəti olan, başqaları ilə bağlı olmayan, başqalarından ayrılan; ayrıca, xüsusi. Müstəqil məsələ. Elmin müstəqil sahəsi.

  azərbaycanca: müstəqil

  1. Başqasının köməyi və ya rəhbərliyi olmadan, öz bacarığı, təşəbbüsü ilə icra edilən. Müstəqil iş. Müstəqil fəaliyyət göstərmək. – Biz qarşıdakı məsələni həll etmək üçün az-çox müstəqil hərəkət etməli idik. H.Nəzərli. Şamama birinci dəfə idi ki, müstəqil olaraq pambıq becərirdi. İ.Əfəndiyev. Aslan onlara ixtisas üzrə bilik verir, müstəqil işləməyə öyrədirdi. M.Rzaquluzadə. // Kənar təsirlərdən azad; orijinal. Müstəqil mühakimə. – [Firəngiz Şahinə:] Öz müstəqil fikri olan və axıra qədər onu müdafiə eləyən adamlardan xoşum gəlir. B.Bayramov.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES
Done 1