•   azərbaycanca: məcra [ər.]

  Mənalar :

  1. Suyun axdığı yataq, yol. İnqilab daşqın bir çay kimi məcrasından çıxıb bütün Rusiyanı ağzına almışdı. Çəmənzəminli. Yalnız gur çayların məcrası deyil; Təbiət dəyişir, iqlim dəyişir. O.Sarıvəlli.
  2. məc. Bir şeyin, hadisənin və s.-nin inkişafının gedişi, istiqaməti, yolu. Şairin həyat və fəaliyyəti də bu böyük hissin açdığı məcra ilə irəliyə doğru istiqamət almışdı.. Ə.Məmmədxanlı. [Əlikram] ..söhbətin məcrasını özgə səmtə salmağa səy elədi.. B.Bayramov.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES
Done 1