•   azərbaycanca: nəsil

  Mənalar :[1]https://web.archive.org/web/20141003155423/http://azerdict.com/izahli-luget/n%C9%99sil

    1. Əcdadı bir olan qohumlar silsiləsi; soy. İkinci otaqda səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. M.F.Axundzadə. Əsrlər, qərinələr gəlib keçir, insan nəsilləri dəyişir, .. lakin bu böyük dühalar köhnəlmir, qocalmır, çürümür. M.İbrahimov. _ Nəsli kəsilmək –
    2. tamam məhv edilmək, kökü kəsdirilmək (bir nəsil haqqında). Camaatın halına ağlayan, onun dərdinə dərman axtaranların nəsli kəsilir, izi itirilirdi. H.Sarabski;
    3. tamamilə kökü kəsilmək, yoxa çıxmaq. Bəzi nadir heyvanların nəsli kəsilib. Nəslini kəsmək – bir nəsli tamam qırmaq, məhv etmək, kökünü kəsmək. [Mahmud bəy:] Əgər Pəri adı çəksən, Qara vəzir səni öldürər, mənim də nəslimi kəsər. “Qurbani”.
    4. Eyni vaxtda (dövrdə) yaşayan və birbirinə yaxın adamlar. Bizdədir sinfi şüurun əsli; Adımızdır yeni insan nəsli. M.Müşfiq. // Ümumi mənafe üçün fəaliyyət göstərən eyni dövrün adamları. Azərbaycan ədəbiyyatına son illərdə qüvvətli bir nəsil gəlmişdir. M.Hüseyn.
    5. xüs. Heyvan və bitki sistematikasında: ümumi əlamətlərə malik bir neçə növü birləşdirən qrup.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 
  NODES