azərbaycanca: qurtarmaq

  • Heca: qur-tar-maq

  Mənalar :[1]https://web.archive.org/web/20140715100112/http://azerdict.com/izahli-luget/Qurtarmaq

    1. təsirli. Bitirmək, axıra çatdırmaq, tamamlamaq. İşini görüb qurtarmaq. Məktəbi qurtarmaq. Söhbəti qurtarmaq. – Danışan qazmaçı bir neçə kəlmə ilə sözünü qurtardı. M.İbrahimov.
    2. təsirsiz. Bitmək, tamamlanmaq, axıra çatmaq. İvanov mənə dedi ki, Kərbəlayı, .. yaxşısı budur ki, sənə taxtapuşda yer salaq, orada dava qurtarınca yat. Çəmənzəminli. İclas axşam saat 9-da qurtardı. Ə.Vəliyev.
    3. təsirsiz.. Tükənmək. Köhnə taxıl qurtarmışdır. Pullar xərclənib qurtarmışdır.
    4. təsirli. Xilas etmək, azad etmək, nicat vermək. Dənizdə boğulanı qurtarmaq. O, yoldaşını ölümdən qurtardı. – Mey götür, saqi, məni qurtar nəmazü rövzədən; Kim, mən ol zöhdü riyadən tövbəkarəm, doğrusu. Kişvəri. Dünyada elə sular var ki, insanı ölümdən qurtarar, məsələn, Qafqazda mədən suları. C.Məmmədquluzadə. [Ağa:] Axır neçə nəfər əliağaclı gəlib məni itlərin ağzından qurtardılar. Ə.Haqverdiyev. // t-li. Ağır, çətin, pis, çıxılmaz vəziyyətdən çıxarmaq. [Odunçu oğlu:] O qız xeylağı ki burda əsirdir, baba onu da qurtarmaq üçün mənə kömək eləsəydin... Ə.Məmmədxanlı.
    5. təsirsiz. Xilas olmaq, özünü xilas etmək, qurtulmaq, nicat tapmaq. İran şahları və başqaları .. düşməndən qaçıb qurtarmaq məqsədi ilə bu əcaib ölkəsi olan Qafqaza pənah gətirirdilər. A.Bakıxanov. Kürəkçilər bu ağır əzabdan, bu ömürlük zindandan .. qurtarmaq üçün yeganə bir çarə tapmışdılar. M.Rzaquluzadə. Bir nəfərin zindandan qurtarması .. [Firidunu] sevindirdi. M.İbrahimov.
    6. təsirsiz. Ölmək, keçinmək. Xəstə artıq qurtardı. – Amma anam onların köçməyini eşitcək, qurtaracaq, yəqin bil ki, haman dəqiqə keçinəcək. C.Məmmədquluzadə. ◊ Qurtardı getdi! – vəssalam! [Mirzə Səməndər:] Bu məktəbin ixtiyarı məndədir, yox? Çıxart bu saat bu maşınları buradan, qurtardı getdi! C.Cabbarlı. Sözün qurtaranı – deyilənlərə yekun vurmaq üçün işlənir – xülasə, müxtəsər, bir sözlə. Sözün qurtaranı, məndən döyə-döyə dörd manat alıb yola saldılar. C.Məmmədquluzadə.
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən qurtarmışdım qurtardım qurtarıram qurtaracağam qurtararam qurtarım qurtaram qurtarmalıyam qurtarasıyam qurtarsam Adlıq qurtarmaq
Sən qurtarmışdın qurtardın qurtarırsan qurtaracaqsan qurtararsan qurtar qurtarasan qurtarmalısan qurtarasısan qurtarsan Yiyəlik qurtarmağın
O qurtarmışdı qurtardı qurtarır qurtaracaq qurtarar qurtarsın qurtara qurtarmalıdır qurtarasıdır qurtarsa Yönlük qurtarmağa
Biz qurtarmışdıq qurtardıq qurtarırıq qurtaracağıq qurtararıq qurtaraq qurtaraq qurtarmalıyıq qurtarasıyıq qurtarsaq Təsirlik qurtarmağı
Siz qurtarmışdınız qurtardınız qurtarırsınız qurtaracaqsınız qurtararsınız qurtarasınız qurtarasınız qurtarmalısınız qurtarasısınız qurtarsanız Yerlik qurtarmaqda
Onlar qurtarmışdılar qurtardılar qurtarırlar qurtaracaqlar qurtararlar qurtarsınlar qurtaralar qurtarmalıdırlar qurtarasıdır qurtarsalar Çıxışlıq qurtarmaqdan


Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
  NODES
Done 1