azərbaycanca: tam

  Mənalar :

  1. Başdan-başa, bütünlüklə, tamam, bütöv. Tam qaranlıq. // Mütləq, tamamilə, ən yüksək, ən mükəmməl. Tam qələbə. – [Çingiz:] Tam bir müvəffəqiyyət əldə etmək üçün bütün tələblərimiz işə cəlb olunmalıdır. Çəmənzəminli.
  2. Vaxt bildirən saylardan əvvəl gələrək vaxtın bütövlüyünü, qalığı, kəsiri, əskiyi olmadığını bildirir; düz. Tam bir saat gözlədim. – Məmmədbağır tam üç il olardı ki, Əsmərlə evlənmişdi. S.Hüseyn.
  3. Bütöv, bitmiş, qurtarmış, tamamlanmış (natamam əksi) . Tam əsər. // Heç bir şeylə məhdud edilməyən; qeyri-məhdud. Tam hakimiyyət. Tam azadlıq vermək.
  4. Müəyyən, lazımi ölçüdə, normada olan. Tam metr. Tam iş günü.
  5. riyaz. Kəsri olmayan, kəsrlərdən ibarət olmayan. Tamı tama bölmək. Tamdan kəsri çıxmaq. _Tam ədəd riyaz. – kəsri olmayan, yalnız tam(lar)dan ibarət ədəd. Say prosesi ancaq tam ədədləri verir. Z.Xəlilov. ◊ Tam mənasında (mənasilə) – tamamilə, bütünlüklə. Dil tam mənasilə canlı bir orqanizmdir. M.İbrahimov. Fərmanı sözün tam mənasında gülərüz və xoşsifət adlandırmaq olardı. Ə.Sadıq. Tam məsuliyyətlə – bütün məsuliyyəti, cavabdehliyi öz üzərinə götürərək. Tam məsuliyyətlə demək; bütün bacarığı ilə, bütün qüvvəsini sərf edərək. Gənc oğlan bu etimadı yüksək qiymətləndirdi və tam məsuliyyətlə işə girişdi. Ə.Sadıq.

  azərbaycanca: tam

  Mənalar :

  1. bax dad 1-ci mənada. Telli kimi dadlı, ətirli, tamından doymaq olmayan xörək bişirən nəinki Çiçəklidə yox idi, hətta rayon mərkəzi İşıqlıda da bu barədə arasıra söhbət gedirdi. Ə.Vəliyev.

  Dünya xalqlarının dillərində

redaktə

Ural-Altay dil ailəsi: Türk qrupu

redaktə
 
 

Sifət tam (tr)-  azərbaycanca:tam (tr)

  NODES
Done 2